"Galatasaray"a daha bir ağır itki

Day.Az представляет новость на азербайджанском языке.

Hücum xəttində Burak Yılmazın xidmətindən məhrum olan "Galatasaray"a daha bir pis xəbər Almaniyadan gəlib.

Goal.az xəbər verir ki, Bundestimin üzvü Lukas Podolski sol ayağından zədələnib. Milli komandanın həkimi Yens Qrittner "sarı lacivədrlilər"in forvardı üçün daha bir müayinə olacağını bildirib. Yalnız bundan sonra Podolskinin neçə müddətə sıradan çıxdığı məlum olacaq.
Qeyd edək ki, Almaniya millisini qarşıda İrlandiya və Gürcüstanla oyunlar gözləyir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.