Joze Mourinyoya 3 klubdan təklif

Day.Az представляет новость на азербайджанском языке

"Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyo 3 klubdan təklif alıb. 

Day.Az Fanat.Az-a istinadla xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis özü açıqlama verib. 

"Bu təklifləri çoxdan rədd etdim, çünki mənə uyğun olduqlarını düşünmürəm" deyən Mourinyo həmin klubların adlarını açıqlmayıb. 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis karyerası ərzində "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted"i çalışdırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.