Yeni iPhone-un özəllikləri məlum olub

Day.Az представляет новость на азербайджанском языке

"Cult of Mac" portalı çinli analitik Mini Çji Kuoya istinadən cari ilin ikinci yarısında satışa çıxarılması gözlənilən yeni "iPhone"-nun xüsusiyyətləri haqda məlumat verib.

Day.Az ICTnews-a istinadən bildirir ki, onun məlumatına görə, smartfonda ön kameranın təsvir ölçüsü 8-dən 12 meqapikselə kimi yüksələcək. Bundan başqa, ön kamera xüsusi örtüklə gizlədiləcək.

Həmçinin əsas kamera genişformatlı çəkiliş üçün üçüncü obyektivlə təchiz edilə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.