Abramoviç Sarrini qovmaq istəyir

Avropa Liqasının qalibi olmaq da Maurisio Sarrini "Çelsi"də saxlamaq üçün kifayət etməyə bilər.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, belə iddia ilə İtaliya mətbuatı çıxış edib. Bildirilir ki, London klubunun prezidenti Roman Abramoviç mütəxəssisi istefaya göndərməyi planlaşdırır. Buna səbəb "zadəganlar"ın azarkeşlərinin komandanın oyunundan narazılığıdı.

Komanda Premyer Liqada 3-cü yeri tutsa və Avropa Liqasında finala qədər irəliləsə də, oyun tərzi fanatları qane etmir. Bu səbəbdən Abramoviç italiyalı mütəxəssisi postundan uzaqlaşdırmaq istəyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.