SON DƏQİQƏ: Suriya Türkiyə ordusunun mövqelərinə HÜCUM ETDİ

Türkiyə ordusunun Suriyanın İdlib bölgəsindəki 10 nömrəli müşahidə məntəqəsinə hücum edilib.

Day.Az Redaktor.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum Suriya ordusunun nəzarətindəki ərazilərdən təşkil olunub.

Türkiyəli hərbçilər istiqamətində azı 35 raket atılıb. Nəticədə 3 hərbçi yaralanıb. Onların səhhəti normaldır. Yaralı hərbçilər təxliyə edilib. Hadisə ilə bağlı Suriya münaqişəsindəki zəmanətçi ölkə olan  Rusiyaya məlumat verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.