Eldar Qasımov da şou-biznesin bu trendinə qoşuldu

"Eurovision 2011" qalibi Eldar Qasımov arxiv görüntülərini paylaşan məşhurlar karvanına qatılıb.

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, müğənni sözügedən trendə qoşularaq sosial şəbəkədə uşaqlıq fotolarını yayıb və səhnə üçün doğulduğunu qeyd edib:

"Super ulduz və dəb ikonu olmaq çox çətindir. Bilirdim ki, düz yoldayam. Həmişə bilmişdim ki, səhnə mənim üçün doğulub. Elə "Tarqovu"dakı palma da".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.