İzmirdə dənizdə Azərbaycan vətəndaşının cəsədi tapıldı

İzmirdə dənizdə Azərbaycan vətəndaşı, 29 yaşlı Rövşən Nəcəfovun cəsədi tapılıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, cəsədi sahildə balıq tutan balıqçılar aşkar edərək bu barədə yerli polis məntəqəsinə məlumat veriblər.

Məlumata əsasən, R.Nəcəfovun cəsədi İzmir morquna aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.