Bakıda ana övladlarını da götürüb evdən qaçdı

Bakıda ana və iki uşağı itkin düşüb.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Nizami küçəsində yaşayan Balayeva Qüdrətxanım Heydər qızı ötən gün səhər saatlarında övladları 2011-ci il təvəllüdlü Balayev Mehdi Rövşən oğlu və 2016-cı il təvəllüdlü Balayeva Nigar Rövşən qızını götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Məlumatda Q.Balayevanın psixi problemləri olduğu qeyd edilib. 

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.