Bakıda maşınla piyadanı vurub qaçan sürücü tutuldu - 15 gün sonra

Piyadanın vurulması ilə nəticələnən yol qəzası törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.

Xəzər RPİ 2-ci PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan "VAZ-2109" markalı avtomobilin sürücüsü  - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.