Belçikada miqrant yoldan keçənlərə hücum edib

Belçikanın Kortreyk şəhərinin mərkəzində Qana vətəndaşı tərəfindən hücum törədiləndən sonra üç əcnəbi vətəndaş yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, cinayətkar çubuqla keçən insanlara hücum edib.

Qərbi Flandriya prokurorluğundan bildiriblər ki, xəsarət alanlardan ikisi ağır yaralanıb.

Hücum edən şəxs polis tərəfindən tutulub, o, qanuni olaraq Belçikada yaşayan Qana əsilli şəxs olub. Zərərçəkənlərin də xarici vətəndaş olduğu barədə məlumat verilib, lakin onların vətəndaşlığı dəqiqləşdirilmir.

 

İlkin məlumatlara görə, təcavüzkar ruhi xəstədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.