Vyanada müəllimin koronavirusa yoluxmasından şübhələnib məktəbi bağladılar

Avstriyanın paytaxtı Vyanada koronavirus təhlükəsi səbəbilə məktəb təxliyə edilib. Day.az xəbər verir ki, məktəb Yozefşdat rayonunda yerləşir və müəllimlərdən birinin virusa yoluxması ehtimal edilir. Belə ki, həmin müəllim yenicə İtaliyadan qayıdıb.

Qeyd edək ki, ötən gün Avstriyada koronavirusa ilk yoluxma ilə bağlı 2 faktı qeydə alınıb. Həmin şəxslərin İnsburqda yaşayan italiyalı cütlük olduğu və İtaliyadan yenicə qayıtmaları bildirilir. Virusla bağlı onlar üzərində aparılmış test təsdiqini tapıb.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.