TƏBİB məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Day.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 9 263 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 619 786 test aparılıb. Aktiv xəstə sayı 8 334 nəfərdir, onlardan 333 nəfər reanimasiyadadır, 63 nəfər isə süni tənəffüs aparatına qoşulub.