https://news.day.az/azerinews/1284451.html
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Ermənistan Bərdə şəhərində Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır.
Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, mülki şəxsləri raket atəşinə məruz qoymaqla Ermənistan hərbi cinayət törədir:
"Dünya ictimaiyyəti Yerevanı dərhal pisləməli və gec olmadan Ermənistanı dayandırmalıdır".
Administrasiyadan bildiriblər ki, Ankara əvvəllər olduğu kimi, sonadək qardaş Azərbaycanın yanında olacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре