IGB planlaşdırılan müddətdə işə salınmaq üçün hazırdır

Azərbaycan qazını nəql edəcək Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) oktyabrın 1-də kommersiya istismarına hazır olacaq.

Bunu Trend-ə ICGB AD layihə şirkətindən bildiriblər.

Qeyd olunub ki, layihənin icrası yekun mərhələdədir və hər iki ölkədə əməliyyat lisenziyalarının, istifadə hüququ aktlarının verilməsi üzrə inzibati prosedurlar davam edir.

"İnterkonnektorun Yunanıstan ərazisindəki 31 kilometrlik hissəsi sınaqdan keçirilib. Bu boru kəməri təkcə iki ölkə üçün, bütün Cənub-Şərqi Avropa regionu üçün təbii qazın şaxələndirilmiş tədarükləri üçün təhlükəsiz imkanlar açır. IGB həm də təbii qazın Ukrayna və Moldovaya nəqli üçün imkan yaradır. Əvvəlki kimi, bütün səylər Yunanıstan və Bolqarıstanda zəruri inzibati prosedurların yerinə yetirilməsinə yönəlib", - deyə şirkətdən bildiriblər.