https://news.day.az/azerinews/1496703.html
Göyçayda maşın hasara çırpılıb, 13 yaşlı məktəbli və sürücü ölüb - FOTO
Göyçayda maşın hasara çırpılıb, 13 yaşlı məktəbli və sürücü ölüb - FOTO

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
APA-nın xəbərinə görə, bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımovun idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili Göyçay-Ucar yolunda idarəetmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре