https://news.day.az/azerinews/1497223.html
Bakının mərkəzində çoxmərtəbəli bina sökülür - FOTO
Paytaxtın Xətai rayonunda bina sökülür. Day.Az Trend-ə istinadən xəbər verir ki, söhbət Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli binadan gedir.
Bakının mərkəzində çoxmərtəbəli bina sökülür - FOTO

Paytaxtın Xətai rayonunda bina sökülür.
Day.Az Trend-ə istinadən xəbər verir ki, söhbət Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli binadan gedir. Məsələ ilə bağlı Trend-ə açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, bina sakinləri köçürülüb və konpensasiya ödənilib.
Şöbə müdiri əlavə edib ki, köçürülən bina sakinlərindən bəziləri verilən kompensasiya ilə razı deyillər. "Biz də kompensasiyadan narazı qalan sakinlərə bildirmişik ki, kim narazıdır məhkəməyə müraciət edə bilər", - deyə o əlavə edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре