Sürücülərə xəbərdarlıq: 30 manat cərimə oluna bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son vaxtlar avtomobil yollarında sürücülərin lüzumsuz səs siqnallarından istifadəsi ilə bağlı xəbərdarlıq edib.

Day.Az İTV-yə istinadən xəbər verir ki, onlar İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat cərimə oluna bilərlər.

Bununla bağlı BŞDYPİ-nin baş inspektoru Araz Əsgərli İTV-yə açıqlamasında bildirib ki, "Yol hərəkəti haqqında Qanunvericiliy"in tələbləri çərçivəsində səs siqnalları şəhər mühitində yalnız baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün istifadə oluna bilər.

"Əks təqdirdə bu özü də inzibati-xəta tərkibi yaradan məsuliyyət formalaşdırır".