Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb

ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb.

Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

"Arlinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb. ABŞ dövlət katibi Entoni Blinken tərəflərlə görüşüb və yekun iclası keçirib," - deyə nazirlik qeyd edib.