Gəncə Apellyasiya Məhkəməsinin yeni sədri kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Toğrul Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib.

Day.Az xəbər verir ki, Toğrul Əli bu təyinatadək Yevlax Rayon Məhkəməsinin sədri olub.

Qeyd edək ki, Toğrul Məhəmməd oğlu Əli 1973-cü ildə Bərdə rayonunda anadan olub. O, 1996 Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsini bitirib.

2007-2008-ci illərdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2008- 2010-cu illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi, 2010-2012-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2010-2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Toğrul Əli 2017-ci ildə Yevlax Rayon Məhkəməsinin sədri təyin olunub.