Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Allahverən İbiş oğlu İsmayılov 3‑cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.