Faciəli şəkildə vəfat edən nişanlısı ilə bağlı təsirli paylaşım etdi

Xəbər verdiyimiz kimi, ötən gün Nicat adlı şəxs Bilgəh çimərliyində boğularaq ölüb.

Milli.Az xəbər verir ki, Nicatın bloqer nişanlısı onun ölümü ilə bağlı məzarından paylaşım edib:

"Sən birgün öldün, mən hərgün. Cənnətdəsən bilirəm, gözlə məni...",- paylaşımda yazılıb.

Qeyd edək ki, mərhum Nicat Elman oğlu Alıxanlı Aytac adlı xanımla bu ilin aprel ayının 14-də nişanlanıb, oktyabr ayının 10-da toyları olacaqmış. Aytac xanım bloqerlik fəaliyyəti ilə məşğul olur.