https://news.day.az/azerinews/1767949.html
Azərbaycan və NATO arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi - FOTO
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan və NATO arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi - FOTO

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin NATO-nun "Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı" və "Planlaşdırma və analiz prosesi" sənədləri çərçivəsində görülmüş işləri müzakirə ediblər.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре