https://news.day.az/azerinews/1790008.html ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonuna kimi başa çatacaq - Nazir ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonunadək başa çatacaq. Day.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.

ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonuna kimi başa çatacaq - Nazir

Azərbaycanca, 22 октября 2025 14:10 (UTC +04:00) 420
ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonuna kimi başa çatacaq

ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonunadək başa çatacaq.

Day.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ATƏT-in Minsk Qrupunun və əlaqədar qurumların bağlanması ilə bağlı qərarı sentyabrın 1-də veriləcək, lakin bürokratik məsələlər hələ də qalmaqdadır.

"Artıq avqustun 8-dən müsbət nəticələri görürük. Prezident İlham Əliyevin Vaşinqtonda qeyd etdiyi kimi, bizim üçün sülh artıq əldə olunub və baş verənlər bunu təsdiqləyir. 2025-ci ilin sonuna kimi Minsk Qrupunun fəaliyyətinə tamamilə xitam veriləcəyi gözlənilir", - o deyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости