https://news.day.az/azerinews/1796143.html Gürcüstan və Azərbaycan təyyarə faciəsinin ilk anından Türkiyəyə dəstək göstərdilər - Ərdoğan Gürcüstan və Azərbaycan faciənin ilk anından etibarən axtarış-xilasetmə əməliyyatlarında Türkiyə ilə sıx əməkdaşlıq göstərib. Day.Az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan brifinqdə bildirib. "Qardaş ölkələr başda olmaqla dünyanın dörd bir yanından həmrəylik və başsağlığı mesajları aldıq.

Gürcüstan və Azərbaycan təyyarə faciəsinin ilk anından Türkiyəyə dəstək göstərdilər - Ərdoğan

Azərbaycanca, 17 ноября 2025 20:22 (UTC +04:00) 663
Gürcüstan və Azərbaycan təyyarə faciəsinin ilk anından Türkiyəyə dəstək göstərdilər

Gürcüstan və Azərbaycan faciənin ilk anından etibarən axtarış-xilasetmə əməliyyatlarında Türkiyə ilə sıx əməkdaşlıq göstərib.

Day.Az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan brifinqdə bildirib.

"Qardaş ölkələr başda olmaqla dünyanın dörd bir yanından həmrəylik və başsağlığı mesajları aldıq. Şəhidlərimizin nəşinə və təyyarənin "qara qutusu"na qısa müddətdə çatdıq. Nazirlik nümayəndələrinin, millət vəkillərinin və vətəndaşların iştirakı ilə şəhidlərimizi son mənzilə yola saldıq.Qəhrəman hərbçilərimizə Allahdan rəhmət diləyirəm," - deyə o bildirib.

 

Türkiyə Prezidenti hadisənin səbəbi ilə bağlı istintaqın davam etdiyini vurğulayıb:

"20 vətəndaşımızı şəhid verdiyimiz bu ağır hadisənin niyə baş verdiyini daha aydın şəkildə görəcəyik və nəticələri ictimaiyyətlə paylaşacağıq. Kədərimizi bölüşən bütün dost və qardaş ölkələrə təşəkkür edirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости