https://news.day.az/azerinews/1799651.html
NATO Baş katibi Polşada dəmir yolunun partladılmasına görə “həssas” cavab tədbirləri vəd edib
NATO-nun Baş katibi Mark Rütte Polşada dəmir yolu xəttinin partladılması ilə bağlı kəskin açıqlama verib. Trend xarici KİV istinadən xəbər verir ki, o, alyansın buna cavabsız qalmayacağını bildirib. Rüttenin sözlərinə görə, NATO ölkələri Rusiyada dəmir yolu xətlərini partlatmaq kimi addımlar atmayacaq:
NATO Baş katibi Polşada dəmir yolunun partladılmasına görə “həssas” cavab tədbirləri vəd edib
NATO-nun Baş katibi Mark Rütte Polşada dəmir yolu xəttinin partladılması ilə bağlı kəskin açıqlama verib.
Trend xarici KİV istinadən xəbər verir ki, o, alyansın buna cavabsız qalmayacağını bildirib.
Rüttenin sözlərinə görə, NATO ölkələri Rusiyada dəmir yolu xətlərini partlatmaq kimi addımlar atmayacaq:
"Amma biz elə edəcəyik ki, belə hərəkətlərin nəticələrini hiss edəsiniz. Çünki bu, son dərəcə məsuliyyətsiz və tamamilə qəbuledilməzdir."
Qeyd edək ki, ötən ay Polşadan Ukraynaya uzanan dəmiryolu xəttində partlayış baş verib. Polşa hadisəni təxribat adlandırıb və məsələdə Rusiya kəşfiyyatını ittiham edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре