https://news.day.az/azerinews/1807438.html Dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsaitin həcmi artıb Bu il təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon manat vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 79,1 milyon manat və ya 1,6 faiz çoxdur. Day.Az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaşın büdcə bələdçisi"ndə öz əksini tapıb.

Dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsaitin həcmi artıb

Azərbaycanca, 5 января 2026 15:59 (UTC +04:00) 312
Dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsaitin həcmi artıb

Bu il təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon manat vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 79,1 milyon manat və ya 1,6 faiz çoxdur.

Day.Az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaşın büdcə bələdçisi"ndə öz əksini tapıb.

Belə ki, təhsil xərclərinin ÜDM-də payı 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12 faiz təşkil edəcək.

Bu sahə üzrə xərclərin bölgüsü aşağıdakı kimidir:

Ümumi təhsil xərcləri - 2 milyard 414,8 milyon manat;

Ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi - 801,5 milyon manat;

 

Məktəbəqədər təhsil xərcləri - 468,2 milyon manat;

Orta ixtisas təhsili xərcləri - 94,2 milyon manat;

Peşə təhsili xərcləri - 105,5 milyon manat;

Əlavə təhsil və tətbiqi tədqiqatlar - 28,2 milyon manat;

Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər - 1 milyard 104,1 milyon manat.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости