https://news.day.az/azerinews/1812411.html Mehdiabaddan “28 May”a tramvay işləyəcək - RƏSMİ Tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb.

Mehdiabaddan “28 May”a tramvay işləyəcək - RƏSMİ

Azərbaycanca, 28 января 2026 10:42 (UTC +04:00) 384
Mehdiabaddan “28 May”a tramvay işləyəcək

Tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb.

Trend xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, artıq Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir".

Qurum rəsmisi əlavə edib ki, tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze" daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости