“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu oldu
Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilib.
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, lider "Qalatasaray" "Antalyaspor"u qəbul edib.
Matç 4:2 hesabı ilə İstanbul təmsilçisinin xeyrinə bitib.
Qolları "Qalatasaray"dan Mario Lemina (56), Viktor Osimhen (66, 88) və Kaan Ayhan (90+5), "Antalyaspor" Soner Dikmen (45+3, 62) vurublar.
Beləliklə, "Qalatasaray" 77 xal toplayaraq sona bir tur qalmış 26-cı dəfə çempion olub.
İkinci yerdəki "Fənərbağça" da bu turda qələbə qazanıb. İstanbullilar səfərdə "Konyaspor"u məğlub ediblər - 3:0.
Qolları Fred (13, 71) və Arçi Braun (56) vurublar.
"Fənərbağça" 73 xalla gümüş medalları özünə təmin edib.
Üçüncü yerdəki "Trabzonspor" səfərdə dördüncü yerdə olan "Beşiktaş"la qarşılaşıb. Oyun 2:1 hesabı ilə Trabzon təmsilçisinin xeyrinə qurtarıb.
Hesabı "Beşiktaş"dan Orkun Kökçü 14-cü dəqiqədə açıb. 15-ci dəqiqədə Aleksandr Zubkov hesabı bərabərləşdirib. 62-ci dəqiqədə Ernest Muçi yekun hesabı müəyyən edib.
"Trabzonspor" 69 xalla üçüncü, "Beşiktaş" isə 59 xalla dördüncü yerdədir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре