https://news.day.az/azerinews/1834540.html UN-Habitat işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsində Azərbaycanla əməkdaşlıq edəcək UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsi üzrə əməkdaşlığa başlamağı planlaşdırır.

UN-Habitat işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsində Azərbaycanla əməkdaşlıq edəcək

Azərbaycanca, 15 мая 2026 14:29 (UTC +04:00) 296
UN-Habitat işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsində Azərbaycanla əməkdaşlıq edəcək

UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsi üzrə əməkdaşlığa başlamağı planlaşdırır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı rəhbəri Anna Soave Bakıda keçirilən "Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" beynəlxalq konfransda bildirib.

"Milli şəhər siyasətinin hazırlanması üzərində iş aparılır. Yaxın zamanda BMT-nin digər iki agentliyi - UNEP və IOM ilə tərəfdaşlıq çərçivəsində (Azərbaycanda) Adaptasiya Fondu tərəfindən maliyyələşdirilən iqlim dəyişikliyinə adaptasiya üzrə layihənin həyata keçirilməsi planlaşdırılır.

İnstitutlarla ehtiyac duyulan sahələrdə, ələlxüsus yerli hakimiyyət orqanları üçün texniki yardımın gücləndirilməsi yollarını müzakirə etmək fürsətini səbirsizliklə gözləyirik", -deyə o bildirib.

A.Soave UN-Habitat-ın Azərbaycanda nisbətən yeni fəaliyyət göstərdiyini xatırladıb.

"Biz burada təxminən üç il əvvəl ofis açdıq. Biz faktiki olaraq burada yaradılan son agentlik və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda UN-Habitat-ın ilk ofisi olduq. Buna görə də ölkə rəhbərliyinin bizim burada fəaliyyət göstərməyimizə və işə başlamağımıza göstərdiyi maraqdan çox qürur duyuruq", - deyə o vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости