Aşağı karbonlu alüminiumun tətbiqi Azərbaycanda tikintini səmərələşdirə bilər - RUSAL rəsmisi
Aşağı karbonlu alüminiumun tətbiqi Azərbaycanda tikintini səmərələşdirə bilər.
Bunu "UC RUSAL" şirkətinin İqlim Dəyişmələri Departamentinin direktoru Aleksey Spirin Trend-ə açıqlamasında deyib.
Aleksey Spirin bildirib ki, aşağı karbonlu və təkrar emal olunmuş alüminium müasir şəhər və tikinti sənayesi üçün mühüm əhəmiyyət daşıyır: "Bu material həm iqlimə təsiri azaltmağa imkan verir, həm də uzunmüddətli istifadədə iqtisadi baxımdan daha sərfəlidir".
O qeyd edib ki, alüminium binaların sökülməsi zamanı tam təkrar emal oluna bilir, eyni zamanda yüngül və davamlı material olduğu üçün tikililərin istismar müddətini artırır. Spirin əlavə edib ki, alüminiumdan istifadə olunan binalar 80 ilə qədər xidmət göstərə bilər və bu da təmir və texniki xidmət xərclərini azaldır.
Şirkət rəsmisi vurğulayıb ki, bu yanaşma şəhər infrastrukturunun daha dayanıqlı və səmərəli inkişafına töhfə verir.
O, həmçinin WUF13 forumunun əhəmiyyətini qeyd edərək, tədbirin qlobal şəhər inkişafı və iqlim məsələlərinin müzakirəsi üçün vacib platforma olduğunu bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре