WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısının bağlanış sessiyası keçirilir x
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü - Bağlanış Sessiyası" keçirilir.
Day.Az xəbər verir ki, görüşün yekununda Yeni Şəhər Gündəliyinin icrasına dair siyasi öhdəliklərin gücləndirilməsi, mənzil siyasətinin dayanıqlı şəhər inkişafının mərkəzinə yerləşdirilməsi və 2036-cı ilədək fəaliyyətin sürətləndirilməsi məqsədilə yeni yanaşmaların formalaşdırılması nəzərdə tutulur.
Tədbirin nəticələri yekun sənəddə əks olunacaq və bu sənəd NUA üzrə aralıq icmal prosesinə, HLPF 2026 müzakirələrinə, həmçinin WUF13-ün əsas yekun sənədlərindən biri olan "Baku Call to Action" təşəbbüsünə töhfə verəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре