Liviya beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır

Liviya urbanistik çağırışların həlli üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.

Trend xəbər verir ki, bunu Liviya Dövlətinin Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində liderlər sammitində çıxışı zamanı deyib.

"Şəhər çağırışlarının aradan qaldırılması beynəlxalq tərəfdaşlıqların gücləndirilməsini, bilik və texnologiyaların ötürülməsini, həmçinin inkişaf etməkdə olan ölkələr üçün ədalətli və çevik maliyyələşdirmə mexanizmlərinin təmin olunmasını tələb edir", - deyə o vurğulayıb.

O əlavə edib ki, bu, Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin daha səmərəli və ədalətli şəkildə həyata keçirilməsi üçün zəruridir.