https://news.day.az/azerinews/1837361.html
Milli Məclis Dövlət Komitəsinin illik məlumatını qəbul edib
Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını qəbul edib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Milli Məclis Dövlət Komitəsinin illik məlumatını qəbul edib
Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını qəbul edib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Bildirilib ki, təqdim edilən illik məlumatda 2024- cü il üzrə məlumatdan fərqli olaraq aşağıdakı məsələlərə dair yeni məlumatlar daxil edilib:
- Azərbaycanda ali təhsil müəssisələrində gender məsələləri ilə bağlı tədris olunan fənlər;
- Qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların regionlar üzrə bölgüsü;
- 2025-ci il ərzində mediada cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi təbliğ və təşviq edən, ailə institutunu nüfuzdan salan informasiyaların qarşısının alınması ilə bağlı aparılmış monitorinqlər;
- Məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlər;
- 2025-ci il ərzində çıxarılmış məhkəmə qərarlarında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlara istinad edilmiş məhkəmə işləri;
- Aliment ödəməkdən yayınan valideynlər və cəza tədbirləri;
- 2025-ci ildə ana və uşaq ölümü halları;
- Hamiləlikdən qorunma üsullarından (kontraseptiv vasitələrdən) istifadə ilə bağlı;
- Azərbaycan Hava Yolları QSC-nin məlumatları.
Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını dinləyərək nəzərə alıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре