https://news.day.az/azerinews/1837651.html “Reddit” platformasının sahibi olan milyarder vəfat edib Amerikalı mediamaqnat, "Reddit" sosial şəbəkəsinin həmsahiblərindən olan Donald Nyuhaus 96 yaşında vəfat edib. Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir. Nyuhauz mayın 26-da Lambertvil şəhərində yerləşən malikanəsində dünyasını dəyişib.

“Reddit” platformasının sahibi olan milyarder vəfat edib

Azərbaycanca, 27 мая 2026 14:18 (UTC +04:00) 297
“Reddit” platformasının sahibi olan milyarder vəfat edib

Amerikalı mediamaqnat, "Reddit" sosial şəbəkəsinin həmsahiblərindən olan Donald Nyuhaus 96 yaşında vəfat edib.

Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

 

Nyuhauz mayın 26-da Lambertvil şəhərində yerləşən malikanəsində dünyasını dəyişib. Ölüm səbəbinin limfoma (şişin limfa sistemində inkişaf etdiyi onkoloji xəstəlik) olduğu bildirilib.

Qeyd olunur ki, Nyuhauz "Advance Publications" media korporasiyasının sahiblərindən biri olub. Şirkətə "Condé Nast "nəşriyyat evi daxildir. Bu nəşriyyat evi "The New Yorker" həftəlik dərgisini, eləcə də "Vanity Fair", "Vogue", "Wired" və digər nəşrləri buraxır. Bundan əlavə, şirkətin mülkiyyətinə "Discovery Channel" telekanalı və "Reddit" portalı da daxildir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости