https://news.day.az/azerinews/1837787.html ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib ABŞ dövlət katibi Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Day.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən dövlət katibinin bəyanatında bildirilib. "Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanca, 28 мая 2026 08:44 (UTC +04:00) 361
ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən dövlət katibinin bəyanatında bildirilib.

"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Ötən il ərzində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdik. Bu prosesin kulminasiya nöqtəsi ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması oldu. Biz regional əlaqələrin genişləndirilməsi, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə tərəfdaşlığımızı daha da möhkəmləndirməyi gözləyirik.

ABŞ Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına sadiqliyini alqışlayır və bu istiqamətdə birgə işi davam etdirməyə ümid edir. Qarşıdakı ildə və sonrakı dövrdə tərəfdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik", - bəyanatda deyilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости