Rayonlara sürət qatarı işləyəcək

Day.Az представляет новость на азербайджанском языке

"Bakıdan Sumqayıta sürət qatarı özünü doğrultdu. İndi növbə digər bölgələrdədir". Day.Az bildirir ki, bu barədə Xəzər Xəbərə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Bakıdan həm şimal, həm də qərb istiqamətində də sürət qatarının buraxılması üçün işlər aparılır.

Xətlər dəyişdirildikdən sonra qatarların alınması üçün danışıqlara başlanacaq. Sərnişin və yük daşıma məsələsinə də toxunan Cavid Qurbanov hazırkı vəziyyətdə, bundan razı qalmadığını deyir. Buna görə də səhimdar cəmiyyət dövlət proqramı çərçivəsində böyük işlər həyata keçirir.

Vəsait tələb edən böyük layihələrə baxmayaraq yaxın vaxtlarda dəmir yollarında qiymət artımı gözlənilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.