"Beşiktaş"ın hücumçusu tilsimi qırmağa çalışacaq

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Superliqasının 13-cü turu növbəti İstanbul derbisi ilə əlamətdar olacaq. "Beşiktaş" səfərdə "Fənərbağça"nın qonağı olacaq.

Day.Az goal.az-a istinadən xəbər verir ki, "qara qartallar"ın hücumçusu Cenk Tosun bu matçda bir ilkə imza ata bilər. Gənc forvard Superliqada "Fənərbağça"nın qapısından top keçirə bilməyib. Cenk  "Gaziantepspor"da çıxış etdiyi dönəmdə də (2010-14-cü illər) "sarı lacivərdlilər"i məyus edə bilməmişdi. Türkiyə millisinin üzvü 7 qolla "Beşiktaş"ın ən məhsuldar futbolçusudur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.