Bərdədə ağır yol qəzası

Day.Az представляет новость на азербайджанском языке

Bərdə rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də saat 15 radələrində Bərdə rayonunun Kövər kəndində Yevlax rayon sakini Saleh Şamilovun idarə etdiyi "VAZ-21074" və Ağdam rayon sakini Emin Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə S.Şamilovun sərnişinlərindən oğlu Elvin hadisə yerində ölüb, özü və 2 sərnişini, habelə E.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən Rahilə Alıyeva orada dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.