Rejissor Şahin Zəkizadə vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке

---------
17:06

Rejissor Şahin Zəkizadə uzun sürən ağır xəstəlikdən sonra bir neçə dəqiqə əvvəl vəfat edib.

Day.Az xəbər verir ki, bu barədə ASAN Radio-ya rejissorun xalası oğlu Aqil Adiloğlu məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl komaya düşən Şahin Zəkizadənin vəziyyəti ağır idi.

Ş.Zəkizadə ilə vida mərasimi Yasamal rayonunda saat 9:00-da yaşadığı ünvanda keçiriləcək. Mərhum Maştağa qəsəbəsindəki Seyyidlər qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!

---------
14:50

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin bu gün vəfat etməsi ilə bağlı mətbuatda yer alan xəbərlər doğru deyil. Bunu Trend-ə Tədris-Terapevtik Klinikasından bildiriblər.

Klinikadan verilən məlumata görə, o, sağdır, hazırda vəziyyəti ağır: "Xəstə reanimasiya şöbəsindədir, koma vəziyyətindədr".

---------
14:21

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ilə bağlı pis xəbər gəldi.

Rejissorun xanımı Səbinə Zəkizadə Axşam.az-a açıqlamasında bildirib ki, Şahini aparatlardan ayırıblar:

"Beyni sönüb, artıq aparatdan ayırıblar. Şahin can verir (ağlayır). Xəstəxanada idim, o halına baxa bilmədim. Evə gəldim, indilərdə yəqin ki, gətirəcəklər. Onun öldüyünü deməyə dilim gəlmir".

Allah rəhmət eləsin!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.