Yasamalda dava: yaralı var

Day.Az представляет новость на азербайджанском языке

Bakının Yasamal rayonunda küçədə dava nəticəsində 1 nəfər ağır xəsarət alıb.

Day.Az "Report"a istinadən bildirir ki, hadisə Yunis Dağlı küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Qasımov Ceyhun Zərbəli oğlu yaşadığı evin yaxınlığında küçədə iki nəfərlə əlbəyaxa dava edib. Nəticədə o, başından küt alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, ağır kəllə-beyin travması alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.