Bu gecə meteorit yağacaq

Day.Az представляет новость на азербайджанском языке

Bu gecə Yer kürəsində meteorit yağışı müşahidə ediləcək. 

Day.Az report-a istinadən xəbər verir ki, bu nadir təbiət hadisəsi Perseida meteor axını adlanır.

Meteorit yağışını avqustun 12-dən 13-ə keçən gecə daha aydın görmək mümkün olacaq.

Buludsuz hava və aydın səma zamanı göydə saatda 50-yə qədər meteorit görmək mümkün olacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.