Telefonlarda internetin tez bitməsinin səbəbi nədir?

Day.Az представляет новость на азербайджанском языке

Gündəlik aktiv internet istifadəçilərini narahat edən məqamlardan biri smartfonlarda megabaytın tez bitməsidir.

Day.Az bildirir ki, son zamanlar bu halla qarşılaşanların sayı artıb. Bəziləri bunun səbəbini mobil operatorlarda görsə də, məsələni araşdırdıqda digər maraqlı faktlarla qarşılaşdıq. İKT ekspertlərinin fikrincə, meqabaytin tez bitməsinə səbəb multimedia qurğularının sürətli inkişafıdır.

Telefon satışı ilə məşğul olan şəxslər isə megabayt tutumunu mobil qurğuların Çin, Koreya və ya ABŞ istehsalı olması ilə əlaqələndirirlər. Məsələn, Çin istehsalı olan mobil qurğuların funksionallığı o qədər də mürəkkəb olmadığından burada megabayt sərfiyyatı da nəzərəçarpacaq dərəcədə sürətli olmur. Lakin söhbət qərb ölkələrinin istehsalı olan qurğulardan gedirsə, burada meqabayt daha cox istıfadə olunur.

İstər android, istərsə də İOS sistemlərdə megabayt itkisinin qarşısını almaq üçün smartfonda istifadə olunmayan mobil tətbiqləri bağlamaq lazımdır.

Mütəxəssislər tövsiyyə edilən məsələlərə diqqət edilərsə əldə olunan internet paketlərinin daha uzunmüddətli istifadə oluna biləcəyini bildirirlər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Telefonlarda internetin tez bitməsinin səbəbi nədir?