Zaurla Brilliant Dadaşova canlı yayımda qucaqlaşdı - Xoşum gəldi - FOTO
Day.Az представляет новость на азербайджанском языке
"5/5" verilişinin bu günki qonaqlarından biri xalq artisti Brilliant Dadaşova olub.
Milli.Az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal qonağına həsr etdiyi şeiri səsləndirib:
"Bu gün Brilliantdır qonaq. Verilişə çağırmışam, yaxın gəl qucaqlaşaq. Maç-maç, quç-quç darıxmışam".
Brilliant Dadaşova Zaurun şeirini bəyəndiyini söyləyərək, onunla qucaqlaşıb. Onların səmimi görüntüsü studiyada canlanmaya səbəb olub. Bundan sonra xalq artisti Zaura "Xoşum gəldi" deyərək təşəkkür edib.
"Əyləşin" deyən Zaura xalq artisti isti olduğundan şikayətlənib:
"Bura istidir", Zaur. Sən mənə kömək elə bunu çıxarım (dəri gödəkçəsini çıxarıb). Göstərməyin məni camaata".
Brilliantın bu ifadəsinə Zaur: "Nə var ki, burada?! Gödəkçənizi çıxardırdıq da", deyərək reaksiya verib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре