Qəbələdə tanınmış hoteldən 15 min dollar oğurlandı
Day.Az представляет новость на азербайджанском языке
Qəbələ rayonunda yerləşən "Qafqaz Qəbələ City Hotel"dən oğurluq olub.
Day.Az Report-a istinadən xəbər verir ki, hotelin kassasından 15 min ABŞ dolları oğurlanıb.
Polisin araşdırması nəticəsində hotelin kassasından pul oğurlayan şəxsin hoteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb. Məlum olub ki, o, müxtəlif vaxtlarda hotelin kassasından 15 min dollar oğurlayıb.
Qeyd edək ki, R.Rəsulov hoteldə əvvəllər kassir köməkçisi, daha sonra kassir əvəzi işləyib.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре