BP və tərəfdaşlarının Azərbaycana yatırdığı sərmayələrin həcmi açıqlandı
Day.Az представляет новость на азербайджанском языке
BP şirkəti və onun tərəfdaşları 2012-2016-cı illərdə Azərbaycandakı layihələrinə 36,87 milyard dollar xərcləyib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BP-nin 2016-cı ildə Azərbaycanda dayanıqlı inkişaf barədə hesabatında deyilir.
"Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan və "Cənub Qaz Dəhlizi" layihələrinə kapital xərclərin həcmi 29,845, əməliyyat xərcləri 7,025 milyard dollar təşkil edib.
Eyni zamanda, 1995-ci ildən layihələrin kapital xərcləri 64,5 milyard dollara bərabər olub. Tərəfdaşlarla birgə sosial proqramların reallaşdırılmasına 72 milyon dollar xərclənib, bunlardan 19,1 milyon dolları 2012-2016-cı illərə təsadüf edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре