Bob Dilanın imzalı Nobel nitqi satışa çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке

Amerikanın "Simon & Schuster" nəşriyyatı 2016 Nobel mükafatının ədəbiyyat üzrə laureatı Bob Dilanın Nobel nitqini kitab halında çap edib.

Day.Az publika.az-a istinadla xəbər verir ki, 32 səhifəlik məruzədən ibarət kitab müəllifin şəxsi imzası ilə birlikdə cəmi 100 nüsxə buraxılıb.

Kitab daha öncə həm kağız, həm də elektron versiyada dərc edilmişdi. Adi məruzə-kitabın qiyməti 17 dollar olduğu halda, imzalı kitab 2500 dollardır.

İmzalı nüsxələri isə yalnız onlayn sifarişlə əldə etmək mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.