https://news.day.az/azerinews/947580.html
Yaşayış evində yanğın baş verib
Day.Az представляет новость на азербайджанском языке Zaqatalada fərdi yaşayış evində yanğın olub.
Yaşayış evində yanğın baş verib
Day.Az представляет новость на азербайджанском языке
Zaqatalada fərdi yaşayış evində yanğın olub.
Day.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 20:30 radələrində rayonun Qandax kəndində, kənd sakini Nəsrullah Süleymanova məxsus, ümumi sahəsi 150 kv/m olan bir mərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb.
Yanğın nəticəsində evin çardaq hissəsinin 60 kv/m-lik hissəsinin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре