Bələdiyyələrin vergi orqanlarına bank sirrinin qorunması da tapşırılır

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"yə dəyişiklik ediləcək. Bələdiyyələrin vergi xidməti orqanının vəzifələrinə hazırda yerli vergi və ödənişlərin ödəyicilərinin vergi və kommersiya sirrini qorumaq daxildirsə, dəyişikliklə həmin siyahıya bank sirri də aləvə edilir.

Day.Az bildirir ki, report bu dəyişikliklə bağlı müvafiq qanun layihəsinə istinadən xəbər verir.
Yenilik Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb və bank sirrrinin qorunması sahəsində bələdiyyələrin vergi xidməti orqanının vəzifələrini müəyyənləşdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.