Bakıdan sonra regionlarda da pulsuz WiFi olacaq - VİDEO

7 декабря 2017 21:43

Day.Az представляет новость на азербайджанском языке

Bölgələrdə yaşayan və mütəmadi şəkildə internetdən istifadə edən vətəndaşlara şad xəbərimiz var. Artıq regionlardakı parklarda da "pulsuz vayfay" lar quraşdırılacaq. Bu arada, ikinci peykimizin orbitə buraxılacağı vaxt da məlum olub.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtdan sonra regionlarda da "Pulsuz vayfay" olacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda Bakıdakı bütün böyük parklarda "Pulsuz vayfay" var. Layihə gələcəkdə də davam etdiriləcək və bölgələrdəki parklarda da "Pulsuz vayfay" quraşdırılacaq.
Nazir müavini ikinci peykin orbitə buraxılacağı vaxtı da açıqlayıb. O, deyib ki, növbəti peyk yaxın aylarda orbitə göndəriləcək.

Gələn il orbitə buraxılacaq Azərspace-2 peykinin əhatə dairəsi Avropa, Yaxın Şərq, Afrikada Böyük Səhra, eləcə də Mərkəzi və Cənubi Asiya olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Paytaxtdan sonra regionlarda da

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!