Bu il daha 10 xalça fabriki açılacaq

Day.Az представляет новость на азербайджанском языке

2018-ci ildə "Azərxalça"nın filiallarının sayı 20-yə çatdırılacaq.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Vidadi Muradov bildirib.

V. Muradov qeyd edib ki, dövlət başçısının xalçaçılıqla bağlı qoyduğu hədəflərə nail olmaq üçün bütün işlər plan üzrə gedir və filialların sayı artırılır.

Vidadi Muradov bildirib ki, hazırda Azərbaycan xalçaları dünya bazarına çıxarılsa da, onun alıcılarının sayı o qədər çox deyil. Ancaq bu il görüləcək işlər nəticəsində əsas məqsəd qısa zamanda Azərbaycan xalçalarını dünya bazarına çıxarmaq və onun kütləvi satışına nail olmaqdır.

Cəmiyyətin sədri əlavə edib ki, dünya bazarına Hindistan, Çin, İran, Türkiyə kimi ölkələr xalçalar çıxarsa da, onların heç biri Azərbaycan xalçalarına rəqib ola bilməzlər. Çünki Azərbaycan xalçalarının özünəməxsus tarixi, öz xüsusi dəsti-xətti və naxış sistemi var. Buna görə də bu sahənin inkişafı həm Azərbaycanda yeni iş yerlərinin yaranmasına, həm də Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılmasında önəmli rol oynayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu il daha 10 xalça fabriki açılacaq